Azərbaycanda sexdə partlayış - Ölənlər var - YENİLƏNİB

 21:53 22.04.2023     666

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.

***

Ağstafada kömür düzəldilən sexdə partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb.

Hadisə rayonun Göyçəli kənd ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.