Sabunçuda YANĞIN

 16:05 23.04.2023     757

FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.