"Jurnalistlər" binasının qarşısında ağır qəza - FOTO

 17:30 23.04.2023     851

Bakının Səbail rayonunda ağır avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Səbail rayonu Yeni Salyan yolu 22 ünvanında yüksək sürətlə hərəkət edən "Hunday" markalı “77-DF-585” dövlət nömrə nişanlı avtomobil aşaraq ərazidəki "Jurnalistlər" binasının həyətinə düşüb.

Sürücü və ön oturacaqda oturan sərnişin təhlükəsizlik şarının açılması səbəbindən hadisədən yüngül xəsarətlə qurtulsalar da, arxa oturacaqdakı sərnişinlər ciddi xəsarət aldığı üçün əraziyə Təcili Tibbi Yardım çağırılıb.

Hazırda DYP əməkdaşları ərazidə faktla bağlı araşdırma aparır.

Hadisə şahidlərinin sözlərinə görə, sözügedən ünvanda yüksək sürətə görə, demək olar ki, hər gün avtomobil qəzaları baş verir.

Jurnalistlər binasının sakinlərinin dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisinə yüksək sürət səbəbindən baş verən qəzaların sayının azalması üçün ərazidəki işıqforda radar və müşahidə kameralarının quraşdırılması barədə etdikləri müraciətlər hələ də cavabsız qalıb.

"Xoşbəxtlikdən uşaqlar həmin ərazidə oynamırdı, yoxsa aşan maşın onların üstünə düşə bilərdi",- deyə sakinlər qeyd ediblər.

Tunar Altunbay

2222222222222