Ağdaşda TIR yandı

 11:04 24.04.2023     510

Ağdaşın Ləki qəsəbəsində ağır tonnajlı yük maşınında (TIR) yanğın olub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədir. Söndürmə işləri aparılır. Yağının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən