Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərləndi

 13:44 24.04.2023     318

Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.