Ötən gün yol qəzalarında 4 nəfər ÖLÜB

 09:51 25.04.2023     276

Aprelin 24-də baş verən yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ölkənin avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.