Qusarda kişi pəncərədən yıxılaraq öldü

 09:55 25.04.2023     292

Qusar sakini ikinci mərtəbədən yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, Əhmədov Məhəmməd Coğrafəddin oğlu Qusar rayonunun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.