Ucarda iki mikroavtobus qəza törətdi, xəsarət alanlar var

 10:59 25.04.2023     352

Bakı-Qazax magistralının Ucar rayonunun Alpı kəndindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var.

Redaktor.az report-a istinadla xəbər verir ki, Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb.

Bu zaman Mingəçevir rayon sakini, 1986-cı il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı mikroavtobus Nizami Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb.

Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir rayon sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.