Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlandı

 09:40 26.04.2023     345

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.