Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

 14:02 27.04.2023     260

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 30-cu km-də, rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel Astra" markalı minik avtomobili yolu keçmək istəyən piyada, Yeni Sudur kənd sakini, 2000-cil təvəllüdlü Dəmirağa Asif oğlu Əliosmanovu vurub.

Piyada Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, reanimassiya şöbəsində keçinib.

Faktla bağlı araşdırma aparılır.