Azyaşlı qəzada öldü

 08:59 28.04.2023     521

Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul Şəhəri ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 1980-ci il təvəllüdlü Məmmədli Həlimə Rafiz qızının idarə etdiyi “Nissan” markalı 99 NR 642 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sürücünün azyaşlı övladı hadisə yerində ölüb. Sürücü və avtomobildə olan sərnişin Bakı sakini, Əliyeva Xəyalə Arzu qızı ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (apa).