Hazırlıq kursundan oğurluq edildi - FOTO

 09:18 28.04.2023     487

Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a bildirilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. N.Hüseynov oradan notbuklar və proyektor oğurlamaqla 3 500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.