Avtomobil piyadanı vuraraq öldürdü

 09:00 29.04.2023     407

Dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən