Metroda mobil telefon oğurlayan şəxs saxlanıldı

 10:56 29.04.2023     385

Bakı Metropolitenində mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.