Ağdamda avtomobil ağaca çırpıldı - 3 nəfər öldü - FOTO

 23:25 29.04.2023     543

Ağdamda ağır yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərdən 3-ü ölüb.

Həyatını itirənlərdən ikisinin adı məlum olub.

 

Aydın Qasımov və Yusif İbadov avtomobilin ağaca çırpılması nəticəsində ölüb.

Digər həyatını itirən və ağır yaralı olan şəxsin də kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO  - YENİLƏNİB Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO  - YENİLƏNİB Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO  - YENİLƏNİB