Goranboyda zəncirvari avtomobil qəzası oldu

 23:28 30.04.2023     622

Goranboy rayon Dəliməmmədli şəhər ərazisində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, 3 nəqliyyat vasitələrinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xəyalə İntiqam qızı Əliyeva və 1976-cı il təvəllüdlü Rəşad Nürəddin oğlu Muradov xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.