Goranboyda dolu və sel ciddi fəsadlar törətdi - FOTO

 23:54 30.04.2023     502

Güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Eyni zamanda çaylarda suyun səviyyəsi yüksəlib.

Hazırda Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası güclü yağış və dolu yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirir.

2222