Həftəsonu yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

 10:04 01.05.2023     757

Həftəsonu Azərbaycanda 11 yol qəzası olub, 16 nəfər ölüb

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.