Cəbrayılda mina partladı - ölən var

 18:44 01.05.2023     697

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 1 may tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid etmiş və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

***

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.