Məktəbli qız özünü binadan atıb intihar etdi - FOTO

 20:36 01.05.2023     520

Bakıda məktəbli intihar edib.

Redaktor.az xəbər verir ki, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən “Piramida MTK”ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır (qafqazinfo).