Oğuz sakini çayxanada bıçaqlandı

 23:04 01.05.2023     327

Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Bayan kənd ərazisində baş verib.

Belə ki,1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov həmkəndlisi, 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətovu boyun nahiyəsindən bıçaqlayıb.

66 yaşlı Bəxtiyar Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.