Qəzaya düşən sürücü xəstəxanada öldü
Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi "Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın 1-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır (report).