Bu rayonda ağır qəza oldu - Ölən var

 20:04 03.05.2023     340

Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır (report)