Azərbaycanda şok olay: 10-cu sinif şagirdi məktəblini qaçırdı
Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərin birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şağirdi oğlan 9-cu sinif şagirdi qızı evlənmək üçün qaçırıb.
Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:
"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir".
Daxili İşlər Nazirliyi də Tərtərdə məktəblinin qız qaçırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı məlumatlar doğru yayılmayıb: "Həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".