Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin kimliyi bilindi - VİDEO

 20:15 04.05.2023     414

Bakıda metamfetamin qəbul etdiyi iddia olunan məktəblinin görüntüləri müzakirələr doğurub.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin özünü qəribə aparması, qeyri-ixtiyari hərəkətləri əks olunur. Şəbəkə istifadəçiləri onun məktəbli olduğunu iddia edib, davranışını isə metamfetamin qəbul etməsi ilə əlaqələndiriblər.

Görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən oxu.az-a bildirilib ki, sosial şəbəkələrdə görüntüləri yayılan yeniyetmənin adı Ruslandır:

 

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, Ruslan komitə tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib:

"Müalicə dövrü bitdikdən sonra ailəsinə təhvil verilib. Görünür, müəssisədən çıxandan sonra yenidən narkotik istifadəsinə davam edir. Hazırda polis Ruslanın yerinin müəyyən edilməsi istiqamətində iş aparır. Əvvəllər bəlli bir yerdə - Nizami metrosu ətrafında olurdu. İndi isə yerini dəyişdiyi görünür. Polis onu tapan kimi yenidən müalicə müəssisəsinə yerləşdirməyə cəhd edəcəyik”.

Sözügedən videogörüntünü təqdim edirik: