Məktəb qarşısındakı problem nə zaman həll olunacaq? - VİDEO

 20:59 04.05.2023     372

Qubanın Digah kəndində yüzlərlə məktəbli hər gün təhlükə ilə üz-üzə qalır. Məktəbin qarşısında piyada nişanı olsa da, yolda zolaq yoxdur.

Redaktor.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həmin yolda dəfələrlə bədbəxt hadisə baş verib:

“Bir həftə qabaq 3-cü sinif şagirdini maşın vurub, ayağı sınıb, xəstəxanadadır. Kənd içində sürətin məhdudlaşdırılmasını xahiş edirik”.

Bəs görəsən, məktəbin qarşısındakı problem nə zaman həll olunacaq?