18 yaşlı gənc bıçaqlandı

 21:34 04.05.2023     565

Biləsuvar rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü İ. İsayev bud və qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən