Kürdəmir sakini həmkəndlisini bıçaqladı

 23:56 04.05.2023     350

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində 1997-ci il təvəllüdlü Səlimov Müşfiq Mikayıl oğlu həmkəndlisi tərəfindən 4 bıçaq xəsarəti alıb.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır (report).