Bakıda 36 yaşlı turist qəfil öldü

 11:37 06.05.2023     520

Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).