32 yaşlı qadını oğurlayanlar tutuldu

 14:17 06.05.2023     826

Gədəbəy rayonunda adam oğurluğu hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Gədəbəy şəhər sakini İ.Rəfili polisə müraciət edərək saat 13 radələrində 32 yaşlı bacısı B.Rəfilinin  naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını oğurlamaqda şübhəli bilinən rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov tutulub.

B.Rəfili gizlədildiyi yerdə aşkar edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırmalar davam etdirilir.