Burnunda estetik əməliyyat etdirən 2 uşaq anası öldü
Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.
Redaktor.az xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.
Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Arzu Əzimova 2 uşaq anası olub (qafqazinfo).