Sabiq polis əməkdaşı faciəvi şəkildə həlak oldu - FOTO

 12:29 07.05.2023     461

Samuxda qəzada ölən şəxs təqaüddə olan polis olub.

Redaktor.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, dünyasını dəyişən 1977-ci il təvəllüdlü Elmar Əsgərov Samux Rayon Polis şöbəsində çalışırmış. O bir müddət əvvəl təqaüdə çıxıb. 

Qəza zamanı 1970-ci il təvəllüdlü Nəbiyev Bəhman Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu xəsaərt alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, qəzaya düşənlər toydan qaydırmış.

Faktla bağlı araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən