Gədəbəydə ağır qəza - Ölən var

 22:18 07.05.2023     360

Gədəbəy rayon Düzyurd kəndində "VAZ-2121" markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb.

Avtomobildə sərnişini qismində ola həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.