Bakı-Sumqayıt yolunda yük maşını aşdı - VİDEO

 11:51 08.05.2023     795

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yük maşını aşıb.

Redaktor.az xəbər verir ki, yük avtomobili tuneldən keçərkən idarəetmədən çıxıb və divara çırpılaraq aşıb.

Hadisə nəticəsində magistral yolda böyük tıxac yaranıb, yol infrastrukturuna ziyan dəyib. 

Yük maşınının sürücüsünün xəsarət aldığı bildirilir.