Dəmir yol stansiyasında narkotik satanlar tutuldu
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, onun üzərindən və yaşadığı evdən ümumilikdə 21 büküm satış məqsədi ilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunda araşdırmalar aparılır.