Toyda ər arvadını 8 dəfə bıçaqladı

 09:28 10.05.2023     491

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.

Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə "Təbrik" restoranında qeydə alınıb.

Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.