Bakıda 15 yaşlı qız itkin düşdü

 09:52 10.05.2023     371

Bakıda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən 1976-cı il təvəllüdlü G.A. 15 yaşlı qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı M.Əliyeva mayın 8-də saat 20:30 radələrində Ş.Məmmədova küçəsində yerləşən evi tərk edib və geri qayıtmayıb.

Mraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.