""Avroviziya" allı-güllü parada dönüb"

 12:12 10.05.2023     613

“Avroviziya-2023” təmsilçilərimizin müsabiqənin açılış mərasimindəki geyimləri cəmiyyətimizdə birmənalı qarşılanmadı. Özlərini ultra-müasir adlandıran bir-iki nəfər əkiz qardaşları - Tural və Turan Bağmanovları müdafiə etsələr də, onların geyimlərini sərt tənqid edənlər də kifayət qədər oldu.

Mövzu ilə bağlı Redaktor.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirdi ki, bu tipli müxtəlif geyimlərdən istifadə edən şəxslər məhz “Avroviziya”da yer tutublar:

İnsanlar mədəniyyətə pul xərcləməyi bacarmalıdır” - Aydın Xan Əbilov |  KONKRET

"Hər dəfə də yeni bir trendin həmin musiqi yarışmasına dəstəyi olub. Hətta Azərbaycan yeganə ölkədir ki, məhz bu musiqi festivalı üçün ayrıca bir saray da tikib və bununla da dünyada səs küy salıb. “Avroviziya” təmsilçilərinin o geyimi bir səhnə imicidir və dünyada bilir ki, qeyri adi, qalmaqallı imici olmayan musiqiçilər qlobal yarışmalarda çox çətinliklə yer tutur. Dünya şou-biznesi müəyyən mənada elə insanların əlindədir ki, bu insanlar qeyri-adiliyi sevirlər, rəngli işləri sevirlər. Musiqi ilə yanaşı preformansı və səhnə yeniliklərini xoşlayırlar. Buna görə də, Azərbaycan ifaçılarının qlobal estetik tələblərə uyğun olaraq hansısa bir geyimi, hərəkəti və yaxud fikirlərini normal qarşılamalıyıq. Çünki bu nə milli musiqi yarışmasıdır, nə milli toydu, nə də ki, Azərbaycanın hansısa dövlət bayramlarında olan konserti. Bu qlobal musiqi yarışmadır. Azərbaycan multikulturalizmin və ümumiyyətlə tolerantlığın mərkəzi kimi tanınır və burada hər cür insan yaşayır".

A.Əbilov qeyd etdi ki, Azərbaycandakı multikulturalizm və tolerantlıq dəyərlərinə görə Bakı son illər dünyanın humanitar forumlarının mərkəzinə çevrilib.

"Bu baxımdan da bizim musiqiçilərin məhz belə rəngarəng, qeyri-adi, bəlkə də bizim mentalitetimizə yad olan geyimləri müsbət qarşılamalıyıq. Baxın, biz keçən dəfə erməni musiqiçilərini tənqid edirdik ki, onlar milli müsqimizi istifadə edib yer tutmağa çalışırlar. Amma bizimkilər özünün öz səhnə və beyin məhsulu olan kreativ bir yanaşmasını o dəqiqə tənqid edirik. Sənətdə göstərilən bu cür, rəngarənglik tarixən həmişə olub və normal da qarşılanıb. Çalışmalıyıq ki, Azərbaycan yenidən müsabiqədə birinci yeri tutsun və əgər birinci yeri tutsa, artıq Bakıda yox, məhz Şuşada bizim musiqi konservatoriyası və dünyanın musiqi mərkəzlərindən biri olan Şuşa şəhərində keçirək",- deyə kulturoloq fikrini tamamladı.

Politoloq Əziz Əlibəyli isə bu cür düşünmür.

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq

"Uşaqlar, bu, ayıb deyil? Hansı ölkəni təmsil etdiyinizdən, hansı ildə və hansı proseslərdə yaşadığımızdan xəbəriniz yoxdur? Dünya Azərbaycanı onun övladlarını vətən müharibəsi və müstəsna qalibiyyəti ilə tanıdı. Bu nə simadır? Bu nə biabırçılıqdır?",- deyə politoloq sosial şəbəkə hesabında qeyd edib.

Tanınmış jurnalist Xalid Kazımlı da “Avroviziya” təmsilçilərimizin açılış mərasimi üçün geyimlərini hazırlayanları sosial şəbəkəbədə sərt tənqid edənlərdəndir.

Çe Gevaranın Bakıda adam bıçaqlayan adaşı – Xalid Kazımlı yazır...

"Biz indi Avropaya nəyi sübut etmək istəyirik? Göstərmək istəyirik ki, bizdə də alabəzək, rəngbərəng oğlanlar var? Ayıb oldu. "Avrovoziya" il-ildən baxılmaz hala gəlir. Vaxt vardı, Avropanın musiqi olimpiadası idi. İndi allı-güllü parada dönüb",-deyə jurnalist qeyd edib.

Humay İSGƏNDƏRLİ