Bakıda qətl törədildi - Cinayətkar axtarılır

 21:17 10.05.2023     375

Mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.