Astarada hovuzdan 20 minlik nərə oğurlandı
Astarada balıq kombinatından nərə balıqları oğurlanıb.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazisə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.
Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.