Abşeronda sürücülük hüququ olmadan avtobus idarə edən narkomanlar HƏBS EDİLDİ
Avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə edən sürücülətə inzibati həbs edilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 9-da saat 11 radələrində Abşeron rayonu ərazisində “Ford” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla sürücü Bakı şəhər sakini Hafiz Baxışovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 352.5-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.
Həmin gün saat 16 radələrində Abşeron rayonu ərazisində “İsuzu” markalı avtobus Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Araşdırmalarla sürücü Bakı şəhər sakini Ənvər Bəşirovun avtobusu sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ə.Bəşirov 4 gün müddətinə inzibati həbs edilib.