Ağsuda 26 yaşlı qadın dəm qazından zəhərləndi

 20:32 12.05.2023     720

Ağsuda 26 yaşlı qadın dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədova Gülnar Məmmədağa qızı zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi xəstəxanasına daxil olub.

Müayinə zamanı Gülnar Məmmədovanın yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub.

Xəstəxanada xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.