Ana qızının ölümünə səbəb oldu

 15:00 13.05.2023     878

Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 101-ci km-də Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil Mustafayev Əhliman Musa oğlunun idarə etdiyi "Skayene" markalı yük avtomaşını ilə toqquşub.

Redaktor.az xəbər verir ki, nəticədə  "Hyundai Sonata" markalı avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb, onun anası, sürücü V.Əliyeva isə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır (unikal).