87 yaşlı kişi intihar etdi

 23:16 13.05.2023     368

Şəmkir rayonunda 87 yaşlı kişi özünü asaraq intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində olub.

Rusiya vətəndaşı, əslən Şəmkir rayon Qapanlı kəndindən olan 1936-ci il təvəllüdlü Həsənov Sahib Əli oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

O, tək yaşayırmış. İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.