Şamaxı sakinləri dəm qazından zəhərləndi

 20:22 14.05.2023     351

Şamaxı sakinləri dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə Şamaxının Böyük Xınıslı kəndi Bayramov küçəsi ev 22 ünvanında baş verib.

Rayon sakinləri 1982-ci il təvəllüdlü Əliyev Füzuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Rayon mərkəzi xəstəxanasına aparılan hər iki şəxsin vəziyyəti stabildir (apa).