Mingəçevirdə 3 otaqlı ev yandı

 23:00 14.05.2023     335

Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.