62 yaşlı kişi özünü bıçaqla öldürdü

 23:58 15.05.2023     653

Naxçıvanda intihar hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Muxtar Respublikanın Şahbuz şəhərində yaşayan 1961-ci il təvəllüdlü M.Seyidov özünü bıçaqlayıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.