Bakıda cüzdan oğrusu saxlanıldı

 11:42 16.05.2023     284

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon ərazisində iki nəfərin içərisində pul, sənəd və  bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, araşdırmalarla onun Neftçilər prospektində yerləşən bir kafenin şüşəsini sındırması da müəyyən olunub.