Polis bu qadını AXTARIR

 13:53 16.05.2023     437

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Onun əlamətləri belədir: Boyu təxminən 156 sm, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. 

Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin 
(012) 454-22-22  şəhər  və  (050) 221-16-56 ; (055) 252-22-22  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.