30 yaşlı kişinin başına budaq düşdü, öldü

 09:25 17.05.2023     783

Daşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, mayın 16-da rayonun Astaf kəndi ərazisində 1993-cü il təvəllüdlü Həsənov Səməd Kamandar oğlu meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən